STAR Neft Emalı Zavodu Türkiyə Respublikasının İzmir vilayətinin Əliağa bölgəsində yerləşən müasir və mürəkkəb texnoloji quruluşa malik neft emalı kompleksidir və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda həyata keçirilmiş ən iri neft emalı layihələrindən biri hesab olunur.
2001-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün və qaçqın düşmüş şəxslərin yaşayış şəraitinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrin maliyyələşdirilməsini həyata keçirir.
2007–2015-ci illər üçün Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasını dəstəkləmək və Azərbaycanın əmək bazarının beynəlxalq rəqabət qabiliyyətini artırmaq məqsədilə həyata keçirilmişdir.
2019–2023-cü illər üçün Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı Azərbaycanın ali təhsil sisteminin gücləndirilməsi, beynəlxalq mövqeyinin yüksəldilməsi və qabaqcıl elmi-tədqiqat potensialının inkişaf etdirilməsi məqsədilə hazırlanmışdır.
Peşə təhsili sisteminin potensialının gücləndirilməsi layihəsi əmək bazarının dəyişən tələblərinə uyğun kompetensiyalara malik, rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrların hazırlanmasını hədəfləyən strateji dövlət təşəbbüsüdür.