- 1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – Fond) vəsaitinin xərc istiqamətləri:
- 1.1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;
- 1.2.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi;
- 1.3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi.
- 2. Fondun 2025-ci il üçün investisiya siyasəti
- 2.1. Fondun investisiya siyasətinin məqsədi:
- 2.1.1. 2025-ci ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
- 2.2.Fondun investisiya portfeli:
- 2.2.1.investisiya portfelinin proqnozlaşdırılan həcmi:
- 2.2.1.1.2025-ci il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 58,1 milyard ABŞ dollarına bərabər götürülür;
- 2.2.2. investisiya portfelinin valyuta tərkibi və bölgüsü:
- 2.2.2.1. Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi, nəzərdə tutulmuş illik bölgüsü Fondun Müşahidə Şurasına təqdim edilməklə ABŞ dolları, avro və İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.
- 2.2.3.investisiya portfelinin altportfelləri:
- 2.2.3.1. Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:
- 2.2.3.1.1. Borc öhdəlikləri altportfeli – aşağı uzaqlaşma intervalı maksimum 10 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 40 faizi;
- 2.2.3.1.2. Səhm (pay) altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri;
- 2.2.3.1.3. Daşınmaz əmlak altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri;
- 2.2.3.2. İnvestisiya portfelinin altportfellərinin tərkibi:
- 2.2.3.2.1 Fondun borc öhdəlikləri altportfeli pul bazarları alətlərindən, mərkəzi (milli) banklarda əmanətlərdən və borc öhdəliklərindən ibarətdir;
- 2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi:
- 2.2.4.1. Fondun borc öhdəlikləri altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə “ICE BofA Fixed Income Indices” əsas götürülür;
- 2.2.4.2. Səhm (pay) altportfelinin hədəf gəlirliliyi (bençmark) kimi “MSCI Stock Market Indexes” əsas götürülür;
- 2.2.4.3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın (bundan sonra – Qaydalar) 4.2-ci bəndinə əsasən, qızıl altportfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.
- 2.3. İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələblər:
- 2.3.1. faiz dərəcəsi riski:
- 2.3.1.1. Fondun borc öhdəlikləri altportfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən maksimum altı ay olmaqla kənarlaşa bilər;
- 2.3.2. kredit riski:
- 2.3.2.1. depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 10 faizi həddində müəyyən edilir;
- 2.3.2.2.Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi:
- 2.3.3. likvidlik üzrə tələblər:
- 2.3.3.1.Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 (yeddi) iş günündən çox davam etməməlidir;