Biz inanırıq ki, investisiya fəaliyyətimizdə ESG prinsiplərinin tətbiqi portfelin dayanıqlığını artırmaqla uzunmüddətli dəyərin yaradılmasına və milli sərvətin məsuliyyətli şəkildə idarə olunmasına töhfə verir.
ARDNF uzunmüddətli investisiya strategiyasına diqqətlə riayət etməklə gələcək nəsillərin maliyyə aktivlərini qorumaq missiyasına sadiqdir. Ətraf mühit, sosial və İdarəetmə amillərinə (ESG) sistemli bir yanaşma tətbiq edərək həm riskləri azaltmağa, həm də əsas hədəfimizə uyğun investisiya imkanlarını müəyyənləşdirməyə çalışırıq. Risklə tənzimlənən mənfəəti maksimum dərəcədə artırmağa yönəlmiş bu yanaşma, gələcək üçün uzunmüddətli təhlükəsizlik təmin edərək aktivlərimizin həqiqi dəyərini qorumaq və artırmaq məqsədi daşıyır.
ESG amilləri investisiya proseslərimizə sistemli şəkildə inteqrasiya edilir. Bu çərçivədə hərtərəfli ilkin qiymətləndirmə, davamlı monitorinq və aktiv dialoq vasitəsilə əsas risk və imkanlar müəyyən edilir, eyni zamanda müsbət dəyişikliklərin təşviqinə yönəlmiş yanaşma tətbiq olunur.
Davamlı inkişafa sadiqlik
Təşkilati nəzarət
İnvestisiya prosesi
Qərar vermə
SOFAZ-ın səsvermə siyasəti fondun məsuliyyətli səhmdar kimi mövqeyini əks etdirir. Bu siyasət çərçivəsində investisiya edilən şirkətlərdə korporativ idarəetmə məsələlərinə diqqət yetirilir, idarəetmə standartlarının yüksəldilməsi və ESG prinsiplərinə uyğun fəaliyyət təşviq olunur. Səsvermə hüquqlarından istifadə etməklə məqsədimiz məsuliyyətli biznes yanaşmalarını dəstəkləmək və uzunmüddətli, dayanıqlı dəyərin formalaşmasına töhfə verməkdir
Numbers of meetings
Countries
Numbers of proposals
Governence related proposals