Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində tələbələr arasında “Uğurlu Səhm” müsabiqəsinə start verir. Bu müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirərək sahə üzrə təcrübəli mütəxəssislərdən rəy alacaqlar.
“Uğurlu Səhm” (Stock Pitch) nədir?
“Uğurlu Səhm” – seçilmiş səhm üzrə investisiya ideyasının və ya tövsiyyəsinin xülasəsi dəməkdir. İştirakçı komandalardan gözlənilir:
tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi;
həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi;
təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi.