search
search
icon

Riskin idarəedilməsi risklərin davamlı və şəffaf şəkildə müəyyən edilməsini, ölçülməsini, monitorinqini və idarə olunmasını, eləcə də risk səviyyəsinin rəhbərlik tərəfindən müəyyən edilmiş limitlər daxilində saxlanılmasını hədəfləyir.

Maliyyə Riskləri Çərçivəsi

Fondun maliyyə risklərinin idarə edilməsi investisiya prosesində mühüm yer tutur və investisiyalar üzrə bütün aktiv növləri və strategiyaları əhatə edir. Risklər Fondun investisiya mandatı, strateji bençmarkı və müəyyən edilmiş limitləri əsasında idarə olunur.

Əsas maliyyə riskləri:

Bazar Riski

Bazar riski — səhm qiymətləri, faiz dərəcələri, kredit spredləri, inflyasiya və digər bazar indikatorlarının dəyişikliyi nəticəsində yarana biləcək itki riskidir. Bazar riski göstəriciləri həm portfel üzrə ayrılıqda, həm də strateji bençmarkla müqayisəli əsasda ölçülür və davamlı olaraq izlənilir:

  • Riskə Məruz Dəyər (RMD və şərti RMD)

  • Dürasiya

  • İzləmə xətası

  • Volatillik

  • Stress testlər və ssenari təhlilləri

Risk hesabatları bazardakı müxtəlif dəyişikliklərin Fondun investisiya portfelinin dəyərinə və b ençmarka nəzərən gəlirliliyinə təsirini nümayiş etdirir.

30.06.2026 TARİXİNƏ

İllik RMD* 95%

İllik şərti RMD* 95%

6,2% / $4 558M

7,8% / $5 734M

* RMD göstəriciləri həftəlik dövr üzrə Monte Karlo simulyasiyası vasitəsilə 3 illik məlumatlar əsasında, 0,97 azalma (decay) faktoru tətb iq edilməklə və valyuta məzənnəsinin təsiri nəzərə alınmadan hesab lanmışdır.

Müvafiq limitlər Cədvəl 3-də təqdim edilmişdir.

Kredit Riski

Kredit riski — tərəf müqab ilinin öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində yarana biləcək zərər riskidir. Kredit riski əsasən sabit gəlirli investisiyalardan, törəmə maliyyə alətlərindən, hab elə nağd və pul bazarı alətlərindən formalaşır.

Kredit riski aşağıdakı üsullarla idarə olunur:

  • Kredit reytinqinə dair tələblər

  • Emitent və tərəf müqab ili üzrə risk limitləri

  • Təminatlılıq

  • Kredit qabiliyyətinin davamlı monitorinqi

30.06.2026 TARİXİNƏ

Bir emitent üzrə maksimal konsentrasiya

Borc öhdəlikləri altportfelin ortalama kredit reytinqi*

1,3%

A

* Moody’s, S&P və Fitch kredit reytinqləri əsasında hesablanmışdır.

Müvafiq limitlər Cədvəl 3-də təqdim edilmişdir.

Likvidlik riski

Likvidlik riski — Fondun maliyyə öhdəliklərini vaxtında icra edə bilməməsi və portfelini səmərəli şəkildə yenidən balanslaşdırmaq imkanının məhdudlaşması riskidir.

Fond likvidlik riskinin idarəedilməsi ilə aşağıdakılara nail olur:

  • Gözlənilən və gözlənilməz likvidlik tələblərinin qarşılana bilməsi

  • Bazarın stress dövrlərində portfelin yenidən balanslaşdırılmasının mümkünlüyü

Likvidlik həm aktiv növləri, həm də ümumi portfel səviyyəsində stresli bazar şərtləri nəzərə alınmaqla monitorinq edilir. Likvidlik riski aşağıdakı üsullarla idarə olunur:

  • Potensial likvidlik çatışmazlıqlarının vaxtında müəyyən olunması məqsədilə gündəlik likvidlik gap analizinin aparılması

  • İnvestisiya portfelinin əsasən yüksək likvidliyə malik maliyyə alətlərində yerləşdirilməsi

  • Pul vəsaitləri və ekvivalentləri üzrə minimum limitlərin müəyyən edilməsi və davamlı monitorinqi

30.06.2026 TARİXİNƏ

Nağd pul vəsaitləri və ekvivalentlərinin idarəetmədə olan aktivlərdə payı

Nağd pul vəsaitləri və ekvivalentlərinin ümumi məbləği

2,4%

$1 714M

Müvafiq limitlər Cədvəl 3-də təqdim edilmişdir.

Risk Limitləri

Risk limitləri İnvestisiya Siyasətində müəyyən edilmişdir və Fondun investisiya məqsədləri və riskə dözümlülük səviyyəsi nəzərə İnvestisiya Qaydaları, İnvestisiya Siyasəti və daxili sənədlərlə müəyyən edilmiş risk limitləri Fondun investisiya məqsədləri, eləcə də risk tolerantlığı ilə tam uyğundur. Bu limitlər aşağıdakıları, eləcə də bunlarla məhdudlaşmayan digər limitləri əhatə edir:

Cədvəl 1. Alt-portfel üzrə bölgü

ALTPORTFEL

LİMİT

Borc öhdəlikləri

≥30% (−10% kənarlaşma)

Səhmlər

≤25% (+3% kənarlaşma)

Daşınmaz əmlak

≤10% (+3% kənarlaşma)

Qızıl

≤35% (+4% kənarlaşma)

Cədvəl 2. Valyuta limitləri

VALYUTA

LİMİT

ABŞ dolları, qızıl, avro, ingilis funt sterlinqi

≥85%

Digərləri

< 15%

Cədvəl 3. Risk limitləri

LİMİT NÖVÜ

ÖLÇÜ MEYARI

LİMİT

Bazar riski

Dürasiyanın bençmarkdan kənarlaşması

6 aydan çox olmayaraq

İzləmə xətası (baza bəndləri)

Borc öhdəlikləri altportfelləri üzrə : 100–150

Passiv idarə olunan səhm altportfelləri üzrə: 30

Kredit riski

Bir emitent üzrə konsentrasiya

İnvestisiya portfelinin ≤10%-i
(depozitar banklar və
bençmark dövlət borc öhdəlikləri istisna olmaqla)

BB− və ya daha aşağı reytinqli borc öhdəliklərinə investisiyaların payı (B− və ya daha aşağı)

İnvestisiya Portfelinin ≤5%-i (≤1%-i)

Likvidlik riski

Minimum likvidlik tələbləri

Yüksək likvidli qısamüddətli alətlərdə 100 milyon ABŞ dolları

Digər limitlər

Xarici menecerlər üzrə ümumi bölgü

İnvestisiya portfelinin ≤60%-i

Bir xarici menecer üzrə limit

İnvestisiya portfelinin ≤5%-i

Alternativ investisiyalar üzrə

Tam ortaq üzrə — ≤20%

Fond üzrə — ≤10%

Limitlərə riayət olunması davamlı olaraq izlənir. Hər hansı limitdən kənarlaşma müəyyən edilmiş prosedurlara uyğun olaraq hesabatlarda əks etdirilir, təhlil edilir və aradan qaldırılır. Bu təhlillər qərarvermə prosesini dəstəkləyir və aşağı yönlü risklər barədə məlumatlılığı təmin edir.

Stress testləri və Ssenari təhlilləri

Stress testlər və ssenari təhlilləri portfelin kəskin, lakin mümkün bazar şərtlərindəki davranışını qiymətləndirmək üçün istifadə olunur. Bura aşağıdakılar daxildir:

  • Səhm bazarlarında kəskin enişlər
  • Faiz dərəcələrindəki kəskin dəyişikliklər
  • Kredit bazarlarında qeyri-sabitliyin artması
  • Likvidlik şokları

Ssenari təhlili iki əsas yanaşma ilə həyata keçirilir: keçmiş dövrlərdə baş vermiş bazar şokları (tarixi ssenarilər) və gələcəkdə baş verə biləcək bazar şokları (ehtimal olunan ssenarilər).

Cədvəl 4. Stress Test Ssenariləri

30.06.2026 tarixinə

SSENARİ NÖVÜ

SSENARİ ADI

SSENARİNİN TƏSVİRİ

BAZAR DƏYƏRİNDƏKİ DƏYİŞİKLİK*

TARİXİ

2008-ci il Maliyyə Böhranı

Qlobal Maliyyə Böhranı, Qara Həftə: 3 oktyabr və 10 oktyabr 2008-ci il

−2,9%

EHTİMAL OLUNAN

Staqflyasiya

İnflyasiya orta müddətdə davamlı olaraq qalır və iqtisadi artım zəifləyir.

−8,4%

İnflyasiyanın yenidən canlanması

Yüksək inflyasiya və faiz dərəcələri uzun müddət ərzində iqtisadi artıma mənfi təsir göstərir.

−5,8%

Texnologiya səhmlərinin kütləvi satışı

İqtisadi artımla bağlı qeyri-müəyyənliklər, “Dot-com” dövründəki kimi, gəlirlilik əyrisinin yuxarıya meyillənməsinə səbəb olur.

−5,0%

*Məzənnə dəyişiklikləri nəzərə alınmaqla hesablanmışdır.