search
search
icon

2013-cü il sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin  başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüş zamanı tərəflər həmçinin Azərbaycan və Böyük Britaniya arasında sərmayə  qoyuluşları barədə fikir mübadiləsi aparmışlar.

Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.

Paylaş