search
search
icon
Dövlət Neft Fondunun kollektivi Zəfər Parkında olub

27 Sentyabr – Anım Günündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun kollektivi Bakıda inşası davam etdirilən Zəfər Parkını ziyarət edib.

Zəfər Parkının girişində xatirə daşının önünə Fond əməkdaşları tərəfindən gül dəstələri qoyulub, 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Paylaş