search
search
icon

Alliance Factors şirkətinin mütəxəssisləri Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) "Public Key Infrastructure" (PKI) texnologiyasına miqrasiya prosesinin ikinci mərhələsi çərçivəsində SWIFT kompleksinin modernləşdirilməsini həyata keçirmişlər.

Dövlət Neft Fondunda  SWIFTNet-ə miqrasiyanın ikinci mərhələsi çərçivəsində SWIFTAlliance Entry, SWIFTAlliance Starter Set, SWIFTNet Link proqram təminatlarının 6.0 səviyyəsinə kimi yeniləşdirilməsi və mövcud PKI sertifikatlarının HSM-ə ( Hardware Security Module ) keçirilməsi üçün işlər aparılmışdır. 

Bu əməliyyatlar ARDNF-nin bu və növbəti illərdə SWIFTNet-lə müvəffəqiyyətli işi üçün mühüm əhəmiyyət kəsb edir və 2008-ci ildə miqrasiya prosesinin ikinci mərhələsi çərçivəsində həyata keçiriləcək Relationship Management Application proqram təminatının maneəsiz tətbiqini təmin edəcək.

Xatırladaq ki, 2006-cı ilin iyununda Neft Fondunda "Public Key Infrastructure" texnologiyasına miqrasiya prosesinin ikinci mərhələsinə hazırlıq çərçivəsində SWIFTAlliance Starter Set proqramı tətbiq olunmuşdu.

Baş qərargahı Moskvada yerləşən Alliance Factors şirkəti SWIFT-in regionda səlahiyyətli, xidmət göstərən tərəfdaşıdır.

Paylaş