search
search
icon

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Portfel İdarə Etmə / Portfel Mühasibat Sistemi  proqram təminatı üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən keçirilmiş açıq tenderin qalibi Thomson Financial Limited ilə 2007-ci il iyunun 22-də  müqavilə imzalayıb. 

Portfel İdarə Etmə / Portfel Mühasibat Sistemi üzrə müqavilənin dəyəri 692,927 ABŞ dolları təşkil edir. Sistem üzrə proqram təminatının tətbiqinin 6 ay ərzində başa çatdırılması nəzərdə tutulur. 

Thomson Financial Limited maliyyə təşkilatlarına investisiyaların idarə olunması və bank xəzinədarlığı üzrə proqram təminatı və texnoloji xidmət göstərən, beynəlxalq nüfuzlu şirkətdir.

Paylaş