search
search
icon
Dövlət Neft Fondu qızıla investisiya etməyə başlamışdır

Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya etməyə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

Bu məqsədlə, 1 fevral 2012-ci il tarixindən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılmışdır. 1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası, Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və  saflaşdırma şirkətlərini əhatə edir.

Paylaş