MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən MHŞT-yə qoşulmuş ölkələrdə bu prosesin tətbiqini qiymətləndirmək üçün beynəlxalq nüfuzlu 7 şirkət (validator) - Coffey Int. Dev. Ltd., ECON, The IDL Group, Goldwyn Int Strategies, Hart Nurse Limited, Oxford Policy Management, PricewaterhouseCoopers and Accountability təyin edilmişdir. Azərbaycanda qiymətləndirmə prosesi ilə əlaqədar yaradılmış MHŞT tərəflərindən - MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasından ibarət İşçi Qrup tərəfindən həmin şirkətlər arasından Azərbaycanda bu prosesi həyata keçirəcək şirkət seçiləcəkdir. Bu məqsədlə İşçi Qrupu bu şirkətlər arasında müsabiqə keçirir.
Bu müsabiqədə iştirak etmək istəyən şirkətlərin qiymətləndirmə prosesinin həyata keçirilməsinə dair təklifləri 28 oktyabr 2008-ci il saat 18.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim edilə bilər.