search
search
icon

2011-ci il iyunun 7-də Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Norveç Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə"MHŞT: Neft gəlirlərinin idarə edilməsində şəffaflıq, hesabatlılıq və yaxşı idarəçilik" mövzusunda seminar keçirilmişdir.

Seminarda Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyəti, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, Azərbaycan Respublikasının hökumət nümayəndələri, ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Seminarda MHŞT-nin əhəmiyyəti, Azərbaycan və Norveçdə  tətbiqi, hər iki ölkənin bu sahədə təcrübəsi və əldə etdiyi nailiyyətləri barədə çıxışlar dinlənildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı. 


Paylaş