search
search
icon

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra - ARDNF) Gürcüstan Respublikasının Rustaveli şəhəri ərazisində saxlanılan 28 ədəd minik avtomobillərinin Bakı şəhərinə xüsusi avtonəqliyyat vasitələri ilə daşınması xidmətinin satınalınması məqsədi ilə «Dövlət Satınalmaları Haqqında» Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla təkliflər cəlb edir.



ARDNF-ə təkliflər vermək üçün, daşıma xidməti göstərilməsinə müvafiq lisenziyası olan şirkətlərinin səlahiyyətli nümayəndələri, etibarnamə əsasında Xidmət Təklifləri Sorğusunu (bundan sonra - XTS) almaq üçün AZ 1014, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ARDNF-yə müraciət edə bilərlər.

XTS təmənnasız və kağız üzərində tərtib edilmiş yazılı sənəd şəkilində verilir.

XTS almış şirkət öz təkliflərini 22 sentyabr 2006-cı il tarixindən gec olmayaraq ARDNF-yə təqdim etməlidirlər.

XTS və digər məlumatları almaq üçün şirkətlər ARNDF-nin əlaqələndirici şəxsi ilə 498-62-55, 498-77-53 (daxili 125 – O.İskəndərov) nömrəli telefonlar və ya [email protected] ünvanlı elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər.

ARDNF haqqında məlumatlarla www.oilfund.az saytında tanış olmaq olar.
 

Paylaş