search
search
icon

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2012-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 586,9 milyon manat, büdcə xərcləri isə 1 919,9 milyon manat təşkil etmişdir.

2012-ci ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 352,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 349,4 milyon manat, tranzit gəlirləri 1,3 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.

Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 234,5 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 336,1 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 1 839,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 48,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 20,8 milyon manat  vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,7 milyon manat vəsait ayrılmışdır. 4,8 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ilin ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,1 milyon manat olmuşdur.

2012-ci il aprelin1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon ABŞ dolları) nisbətən  8,6 %  artaraq  32 359,4  milyon ABŞ dollarına bərabər olmuşdur.

2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və bu dövr ərzində qızılın miqdarı 2 ton 804 kq (90 143 unsiya) təşkil etmişdir.

Paylaş