search
search
icon

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İstanbulda keçirilən Mərkəzi və Şərqi Avropa regionu üzrə 11-ci CFA İnvestisiya Konfransında iştirak edib.

Konfransda aparıcı investisiya mütəxəssisləri, siyasətçilər və fikir liderləri regionun iqtisadi perspektivləri, kapital bazarlarının inkişafı və dəyişən qlobal mühitdə alternativ investisiyaların rolu mövzusunda müzakirələr aparıblar.

Tədbir çərçivəsində ARDNF-nin Risklərin idarəedilməsi departamentinin Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri Rəşad Rzayev “Mərkəzi və Şərqi Avropa bazarlarının dinamikası: risk və fürsətlərə ekspert yanaşmaları” adlı panel müzakirəsinə qatılıb. O, çıxışı zamanı Fondun investisiya strategiyası, Mərkəzi və Şərqi Avropa regionundakı yatırımları, eləcə də alternativ investisiyalar üzrə risklərin idarəedilməsi istiqamətində qarşılaşdığı çağırışlar barədə məlumat verib.

Paylaş