search
search
icon

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) nüfuzlu "Global SWF" platformasının “Ayın Fondu” müsahibə silsiləsində təqdim olunub.

Müsahibə çərçivəsində ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov Fondun strateji baxışı, investisiya fəlsəfəsi və qlobal suveren sərvət fondları ekosistemindəki rolu barədə fikirlərini bölüşüb.

"Global SWF"-in bu təqdimatı ARDNF-nin artan beynəlxalq nüfuzunu əks etdirir və Fondun uzunmüddətli investisiya strategiyaları, bazar tendensiyaları və qlobal əməkdaşlığa dair baxışlarını beynəlxalq auditoriyaya çatdırmaq üçün əhəmiyyətli platforma rolunu oynayır.

Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:Global SWF – Aylığın Fondu: Azərbaycan Respublikası Dövlət Neft Fondu

Paylaş