search
search
icon

ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov 27–30 oktyabr 2025-ci il tarixlərində Pekində keçirilən illik “Financial Street Forum 2025” beynəlxalq konfransında iştirak edib və Çin İnvestisiya Korporasiyası tərəfindən təşkil olunan “Gələcəyə doğru innovasiya: Yeni sərhədlərarası investisiya ekosisteminin formalaşdırılması” adlı paralel sessiyada spiker qismində çıxış edib.

Çıxışı zamanı Fərhad Zeynalov suveren sərvət fondlarının texnoloji tərəqqi və sənaye inkişafını təşviq edən sahələrə uzunmüddətli kapital yatırmaqla dayanıqlı iqtisadi artımın təmin olunmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin ARDNF-nin institusional əməkdaşlığın möhkəmləndirilməsinə, məsuliyyətli investisiya yanaşmalarının inkişaf etdirilməsinə və dayanıqlı iqtisadi inkişafa töhfə verən qlobal tərəfdaşlıqların təşviqinə göstərdiyi xüsusi önəmi vurğulayıb.

Paylaş