Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İnvestisiya departamentinin meneceri Nigar Əzizova “IE” Universitetinin nəzdində fəaliyyət göstərən Dəyişikliyin İdarəolunması Mərkəzi (CGC) tərəfindən hazırlanmış “2025-ci il Suveren Təsir Hesabatı”na ekspert qismində töhfə verib.
Hesabatda Nigar Əzizovanın fikirləri ARDNF-in investisiya portfelində “ESG” (Ətraf mühit, Sosial və Korporativ idarəetmə) prinsiplərinin tətbiqi, həmçinin Fondun COP29 çərçivəsində oynadığı rol mövzularını əhatə edib.
“CGC” müasir qlobal dəyişikliklərin cəmiyyət, iqtisadiyyat və siyasətə təsirini araşdıran aparıcı tədqiqat mərkəzi olmaqla, “IE” Universiteti nəzdində fəaliyyət göstərir.