search
search
icon
ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdədir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşmışdır.

Aparılan qiymətləndirmə nəticəsində cədvəldə ilk beşlikdə Norveç Pensiya Fondu (1-ci yer), Yeni Zelandiya Pensiya Fondu (2-ci yer), Amerika Birləşmiş Ştatlarının Vayominq Mineral Trast Fondu (3-cü yer), Azərbaycan Respublikası Dövlət Neft Fondu (4-cü yer) və Kanadanın Alberta Mirası Trast Fondu (5-ci yer) yer almışdır.

Ətraflı məlumatla aşağıdakı linkdə tanış ola bilərsiniz: https://piie.com/system/files/documents/pb16-18.pdf

Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu 1981-ci ildə təsis edilmişdir və özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşmışdır.

Paylaş