ARDNF-nin korporativ dəyərlərindən biri olan “Hörmət” ayı çərçivəsində “Hər fərq bir dəyərdir” adlı növbəti tədbir keçirilib.
Tədbirin məqsədi iş mühitində inklüzivlik və müxtəliflik anlayışlarına yeni baxış bucağından baxmaq, “hörmət” anlayışına ətrafımıza göstərdiyimiz diqqət, empatiya və dəstək prizmasından yanaşmaq olub.
Panel sessiyasında “Birgə və Sağlam” İctimai Birliyinin və Azərbaycanda ilk inklüziv kafe “Kashalata”nın təsisçisi Aytən Eynalova ilə “İnklüzivlik: Anlayışdan dəstəyə” mövzusunda müzakirə aparılıb. Tədbirin ikinci hissəsində isə “TM Disleksiya Mərkəzi”nin rəhbəri Təranə Möhsünova “Disleksiya nədir və onu necə təyin etmək olar?” mövzusunda təqdimatla çıxış edib.
Tədbir interaktiv formatda təşkil olunub və iştirakçılar arasında səmimi fikir mübadiləsi ilə yadda qalıb.