search
search
icon

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) “Əbədi dəyərlər və ortaq baxış ilə nəsilləri birləşdirmək” mövzusunda komanda quruculuğu tədbiri uğurla təşkil olunub.

Fərqli nəsilləri təmsil edən əməkdaşların iştirakı ilə keçirilən tədbirin əsas məqsədi Fondun korporativ dəyərləri ətrafında səmimi və qarşılıqlı dialoqa əsaslanan müzakirələrin aparılması olub. İştirakçılar interaktiv fəaliyyətlər və fikir mübadiləsi vasitəsilə dəyərlərin müxtəlif nəsillər tərəfindən qəbul olunması, tətbiqi və şərh edilməsini birgə müzakirə ediblər.

Tədbir çərçivəsində ARDNF əməkdaşlarının institusional mədəniyyətin daha da gücləndirilməsində qarşılıqlı hörmət, öyrənmə və ümumi missiyaya bağlılıq prinsiplərinin əhəmiyyətinə dair mövqeləri xüsusi vurğulanıb.

Fond rəhbərliyi tədbirdə göstərilən fəallığa və dəyərli fikirlərə görə bütün əməkdaşlara təşəkkürünü bildirib.

Paylaş