Azərbaycan Rigs MMC (AzRigs) 2013-cü ildə Xəzər dənizində dənizdə qazma əməliyyatlarının dəstəklənməsi məqsədilə “Heydər Əliyev” adlı altıncı nəsil yarımdalma qazma qurğusuna investisiya çərçivəsində yaradılmışdır. Layihə Azərbaycanın dənizdə qazma imkanlarının genişləndirilməsinə xidmət etməklə yanaşı, Xəzər dənizində hidrokarbon ehtiyatlarının uzunmüddətli inkişafına töhfə verir. Bu layihə regionda dənizdə kəşfiyyat və hasilat seqmentinin inkişafında mühüm rol oynayaraq qazma imkanlarının artırılmasına və əməliyyat səmərəliliyinin yüksəldilməsinə şərait yaradır.
“Heydər Əliyev” yarımdalma qazma qurğusu mürəkkəb dəniz şəraitində səmərəli fəaliyyət göstərməyə imkan verən müasir texnoloji avadanlıqlarla təchiz edilmişdir. Qurğunun texniki göstəricilərinə maksimum 1 000 metr su dərinliyində işləmə və 12 000 metrədək qazma dərinliyinə çatma imkanları daxildir ki, bu da neft və qazın dərin laylarına çıxışı təmin edir. Eyni zamanda, 160 nəfərədək heyət tutumu ilə uzunmüddətli və genişmiqyaslı qazma əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.
AzRigs birgə müəssisə olub, onun 90 faizi SOFAZ-a, 10 faizi isə SOCAR-a məxsusdur. SOFAZ layihədə əsas səhmdar qismində iştirak edərək nizamnamə kapitalına investisiyalar yatırır, Səhmdarlar və Müşahidə Şuralarında təmsil olunur və layihə çərçivəsində həyata keçirilən kapital artımlarının maliyyələşdirilməsini təmin edir.
Dövlətin payı
SOFAZ tərəfindən maliyyələşmə (2013–2017)
İstismara başlanma tarixi
Layihənin ümumi dəyəri: