search
search
icon
Neft və Qaz Sazişləri üzrə gəlirlər

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) ölkənin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli nəticəsində əldə olunan gəlirləri müvafiq neft və qaz sazişlərinə uyğun olaraq toplayır və idarə edir.

  • SOFAZ-ın neft və qaz sazişləri üzrə gəlirlərinə aşağıdakılar daxildir:

  • Əməliyyat və nəqliyyat xərcləri çıxıldıqdan sonra Dövlətə aid olan neft və qaz satışından əldə edilən xalis gəlirlər

  • Neft və qaz sazişləri çərçivəsində alınan bonus ödənişləri

  • Azərbaycan Respublikasının ərazisindən nəql edilən karbohidrogenlər üzrə tranzit və nəqliyyat haqları

  • Podratçılar tərəfindən müqavilə sahələrindən istifadə üçün ödənilən sahə haqları (akr ödənişləri)

  • Neft və qaz sazişləri çərçivəsində investorlar tərəfindən səlahiyyətli dövlət orqanına ötürülən aktivlərdən əldə olunan gəlirlər

  • Neft və qaz sazişlərindən irəli gələn digər müqavilə əsaslı ödənişlər